Şagirdlərin yaratdığı layihə

İngilis dili aylığı çərçivəsində məktəbin 6’’Ç’’ sinfinin şagirdlərinə öncədən, 15 gün ərzində ‘’Healthy life’’ (‘’Sağlam həyat’’) mövzusunda layihə hazırlamaq tapşırılmışdı. Layihə bloq hazırlamaqdan ibarət idi. Layihənin rəhbəri sinfin İngilis dili müəllimi Məhərrəmova Yaqut idi. Layihədə şagirdlər müxtəlif internet resurlarından istifadə edərək internetdə bloq yaratmışdılar. Burada sağlam olmanın müxtəlif yollarını, xeyirli və zərərli qidalardan istifadə qaydaları, zərərli vərdişlərdən çəkinmə və bunların pis sonluqla nəticələnməsini araşdıraraq qeyd etmişdilər. Şagirdlərin yaratdığı bloq münsiflər heyəti tərəfindən müsbət qiymətləndirildi. Bloqu aşağıdakı linkdən izləmək olar.
http://healthyisawayofbeing.blogspot.com/