Nümunəvi dərs

‘’İngilis dili’’ aylığı çərçivəsindəməktəbin 6’’Ç’’ sinfində Abbasova Təranə tərəfindən “What is charity?’’ (‘’Xeyirxahlıq nədir?’’) mövzusunda nümunəvi dərs keçirildi. Dərsin gedişi zamanı yeni təlim metodlarından istifadə olundu. Azərbaycanda xeyriyəçi kimi kiçikdən böyüyə hamının rəğbətini qazanmış Hacı Zeynalabidin Tağıyevin həyatı, onun necə xeyriyəçi olması haqqında müzakirələr aparıldı. Eyni zamanda mövzuya aid interaktiv çalışmalar, onlayın testlər şagirdlər tərəfindən maraqla qarşılandı və yerinə yetirildi.