Sağlam Təhsil-Sağlam Millət layihəsininin “Qış tətili proqramı”nın hesabatı

Sağlam Təhsil-Sağlam Millət layihəsininin 29, 30 yanvarda 240 nömrəli məktəbdə dərsdən kənar fəaliyyət olaraq “Qış tətili proqramı” keçirilmişdir. Proqram mühəndislik, əyləncəli riyaziyyat, kodlaşdırma və incəsənət formatında olub, 2-ci və 3-cü sinif şagirdlərinə xitab etmişdir. Layihənin əsas məqsədi şagirdlərin qiyabi formada, yalnız dinləyərək öyrənməsinin əvəzinə, birbaşa özləri iştirak edərək, tətbiq etmək yolu ilə öyrənməsini təşkil etmək, tətil müddətini daha səmərəli keçirilməsini təmin edərək onlarda elmə, sənətə, texnikaya həvəs yaradıb bacarıqlarını ortaya çıxarmaq idi. Layihə ərzində şagirdlər tədris prosesində aktiv iştirak etmiş, həvəslə tapşırıqların öhdəsindən gəlmişlər.

Proqram şagirdlər, müəllim və valideynlərin marağına səbəb olub, rəğbətlə qarşılanmışdır, hətta Sağlam Təhsil sinif müəllimləri və valideynlər könüllü gələrək proqrama dəstək vermişlər. Əsasən layihədə müəllim, şagird, valideyn əməkdaşlığı baş tutmuş, hər kəs həvəslə iştirak etmişdir. Dərslərin sonunda şagirdlər tərəfindən yazılan müsbət rəylər də proqramın maraqlı, öyrədici və əyləndirici olmasından xəbər verir.

''Qış tətili'' proqramının sonunda proqramda iştirak edən hər bir şagirdə sertifikat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi