Məktəbimizin Sağlam təhsil sinif şagirdləri təltif olundu

Yanvarın 12-də 132-134 №-li Təhsil Kompleksində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə Milli Təhsil Texnologiyaları Mərkəzi və “Pətək” İctimai Birliyinin birgə təşkilatçığı ilə “Sağlam Təhsil - Sağlam Millət” layihəsi çərçivəsində həyata keçirilən Dünya Azərbaycanlıların Həmrəylik gününə həsr olunan “Sağlam və həmrəy azərbaycanlılar!” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Rəsm müsabiqəsinin keçirilməsində başlıca məqsəd şagirdləri ətrafda baş verənlərə yaradıcı yanaşmağa istiqamətləndirməklə onların sağlam fiziki, psixi və mənəvi təfəkkürünü inkişaf etdirmək, vətəndaşlıq , vətənpərvərlik hissinin , gigiyenik və sağlam həyat tərzinin tərbiyəsi, ümumi məqsəd uğrunda birgə çalışmaq, xeyirxahlıq, insansevərlik kimi dəyərləri aşılamaq idi. Rəsm müsabiqəsində “Sağlam Təhsil” siniflərinin şagirdləri iştirak edib.
Noyabr ayında başlanan müsabiqə zamanı “Sağlam Təhsil” siniflərinin bütün şagirdlərinə mövzu ilə bağlı rəsm çəkmək təklif olunub, onlar tərəfindən təqdim olunan işlər məktəbdə toplanılıb, məktəb rəhbərliyi və müəllimləri tərəfindən rəsm əsərləri toplandıqdan sonra münsiflər heyəti tərəfindən 5 qalib və 11 fərqlənən iş seçilib. Qaliblər 10 bal sistemi ilə müəyyənləşdirilib. İştirakçıların təqdim etdiyi işlərdən mövzuya uygunluğu, əhatəliliyi, kreativliyi ilə fərqləndirilib.
Bu müsabiqədə məktəbimizin 1c sinif şagirdləri Rüstəmzadə Gülşən,Qurbanova Dəniz,3c sinif şagirdi Abusəttar Xəlil iştirak edərək sertifikat və hədiyyələrlə təltif olunublar Bu münasibətlə şagirdlərimizi təbrik edir,uğurlar arzulayırıq.