Şagirdimiz diplomla təltif olundu

Məktəbimizin 11’’A’’ sinif şagirdi ictimai işlərdə fəal, dərslərdə yüksək nəticə göstərən Abdullayeva Sabirə Azərbaycan Xalça Muzeyinin təşkil etdiyi ‘’Sən istedadsan’’ müsabiqəsində iştirak etmişdir. 2016-cı il 26 noyabr tarixindən start götürən ‘’Sən istedadsan’’ bədii yaradıcılıq və özfəaliyyət kollektivlərinə baxış müsabiqəsinin bütün mərhələlərini uğurla keçən A.Sabirə 24 dekabr 2017-ci il tarixində yekun müsabiqədə də iştirak etmişdi. Müsabiqənin laureatı olaraq Azərbaycan Xalça Muzeyi tərəfindən diplomla təltif edilmişdir. Sabirəni bütün məktəb kollektivi adından təbrik edirik.