Şagirdlərimiz qalib oldular

11 noyabr 2017-ci il tarixində Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində FRITL VƏ KBTL tərəfindən müvafiq fənlər üzrə Bakı məktəbliləri arasında fənn müsabiqəsinin birinci mərhələsi keçirilmişdi. Müsabiqənin final mərhələsi 9 dekabr tarixində fizika, riyaziyyat və informatika fənləri üzrə Fizika-riyaziyyat və İnformatika təmayüllü liseydə, kimya və biologiya fənləri üzrə Kimya- biologiya təmayüllü liseydə keçirilmişdir. Məktəbimizin 6’’E’’ sinif şagirdləri Yəhyazadə Nazim və Əlizadə Nihad riyaziyyat fənnindən III yerə layiq görülmüşdülər. Şagirdlərimizi məktəb kollektivi adından təbrik edir və uğurlarının daim olmasını arzulayırıq.