‘’Heydər babaya salam’’ poeması mövzusunda nümunəvi dərs

‘’Ana dili’’ aylığı çərçivəsində 9’’C’’ sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Flora Məmmədova tərəfindən M.Şəhriyarın ‘’Heydər babaya salam’’ poeması mövzusunda nümunəvi dərs keçirildi. Dərsdə şagirdlərin maraqla hazırladıqları təqdimatlar dinlənildi, Şəhriyarın həyatını əks etdirən videoçarx izlənildi, şairin ifasında poemadan parçalar səsləndirildi.
Şagirdlərin yerinə yetirdikləri tapşırıqlarda fərqli fikirlər, maraqlı diskussiya, sərbəst fərziyyələr dinlənildi.