Yaradıcı uşaqlar dəyirmi masa arxasında

20 dekabr tarixində ‘’Ana dili’’ aylığı ilə əlaqədar olaraq məktəbin yaradıcı uşaqları dəyirmi masa ətrafında toplaşdılar. Ədəbiyyat sevərlər öz maraqlı əsərləri, şeir və hekayələri ilə növbəti hesabatlarını verdilər. Kiçik yazarların yeni yazıları mövzu rəngarəngliyi ilə seçildi. Onlar bir-biriləri ilə fikir mübadiləsi apardılar. Masa ətrafındakıların rəy və təklifləri dinlənildi.
Sonda Azərbaycan dili və ədəbiyyat müəllimləri yaradıcı uşaqlara lazımı məsləhətləri verib uğurlar dilədilər.