İncəsənət muzeyinə gəzinti təşkil olundu

16 dekabr tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Samiyənin rəhbərlik etdiyi 6’’C’’ sinif şagirdlərinin İncəsənət muzeyinə gəzintisi təşkil edildi. Üç mərtəbədən ibarət olan muzeyin hər mərtəbəsində nümayiş olunan eksponatlar, kətan üzərində yağlı boya ilə çəkilmiş rəsm əsərləri, antik dövrə aid büstlər, muzeyin ikinci mərtəbəsində Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən şəkillər şagirdlərin böyük marağına səbəb oldu.