Məktəbimizin fəxri-qalib Murad

Həbibzadə Murad məktəbin 11-ci sinif şagirdidir. O, dərs əlaçısıdır. Murad tədris olunan bütün fənləri sevir, seçdiyi IV ixtisas qrupuna aid olan fənlərə isə xüsusi maraq göstərir, çünki özünü gələcəkdə insanların sağlamlığı keşiyində duran həkim kimi görmək istəyir. Murad deyir ki, həkimin gərək birinci özü sağlam olsun ki, xəstələr də ona inansın. O, idmana hələ kiçik yaşlarından öz həyatında xüsusi yer verib. Murad üzgüçülük idman növü ilə peşakarlıqla məşğul olur, yoldaşlarına örnək ola biləcək sağlam həyat tərzi keçirir. Onun qazandığı uğurlar bunu bir daha sübut edir. Məktəbimizin, eləcə də ölkəmizin fəxri olan Murad həm respublika daxilində, həm də bir çox xarici ölkələrdə çoxsaylı uğurlar qazanmışdır.
Biz də Muradı nailiyyətlərinə görə təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.