“Ana dili aylığı” ilə bağlı məktəbimizdə növbəti tədbir keçirildi

11 dekabr tarixində “Ana dili aylığı” ilə bağlı məktəbimizdə növbəti tədbir keçirildi. Bu dəfə şagirdlər öz bilik və bacarıqlarını fərqli şəkildə nümayiş etdirdilər. Onlar ‘’Ulu öndər və uşaqlar’’, ‘’Ulu öndər və ana dili’’ mövzusunda hazırladıqları məruzə və slaydları təqdim etdilər. Təqdim olunanlar içərsində fərqlənən işlər  6 ’’E’’ sinif şagirdi Pənahov İskəndərin ‘’Ulu öndər və uşaqlar’’ , 6’’Ç’’ sinif şagirdləri Maşayev İlqar və  Hümbətzadə Firuzənin  ‘’Ulu öndər və ana dilimiz’’ və ‘’Ulu öndər balacaların sevimlisi’’ adlı məruzələri marağa səbəb oldu.

Digər şagirdlər isə ümummilli liderimizə olan sevgilərini ona məxsus müdrik kəlamları söyləməklə bildirib, xatirəsinin əbədi yaşayacağını söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi