“Ana dili aylığı” çərçivəsində nümunəvi dərs

“Ana dili aylığı” çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Babazadə Gülüstan tərəfindən 9’’B’’ sinfində ‘’Tabesiz mürəkkəb cümlə’’ mövzusunda nümunəvi dərs keçirildi. Dərs zamanı tabesiz mürəkkəb cümlələri şagirdlərə mənimsətmək üçün təlimin müxtəlif forma və üsullarından istifadə olundu. Mövzu ilə bağlı işlənən aforizimlər dərsin daha da maraqlı keçməsinə və dərindən mənimsənilməsinə səbəb oldu.