‘’Ana dili’’ aylığı

Nəsimi rayonu 240 saylı tam orta məktəbdə dekabr ayı ‘’Ana dili’’ aylığı kimi start götürdü. Bu gün məktəbin direktoru Esmira Məmmədovanın rəhbərliyi ilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri ‘’Ana dili’’ aylığı ilə bağlı tədbirlər planını müzakirə etdilər. Müdiriyyət tərəfindən tövsiyələr alan müəllimlər vurğuladılar ki, şagirdlərin marağına səbəb olan maraqlı tədbirlər, bilik yarışları, məktəbin ictimai və mədəni həyatında dərin və silinməz izlər qoyacaq.