Biz hüquqlarımızı bilirik!

20 oktyabr-20 noyabr tarixində elan olunmuş ‘’Uşaq hüquqları aylığı’’ çərçivəsində 240 saylı tam orta məktəbdə dəyirmi masa keçirildi. Şagirdlərin hazırladığı slayd maraqla tamaşa edildi və onların öz hüquqları ilə bağlı söylədikləri fikirlər dinlənildi. Dəyirmi masanı təşkil edən Quliyeva Gülnarə və Quliyeva Zibeydə müəllimə söylənilən fikirlər, dinlənilən maraqlı məlumatlara görə şagirdlərə minnətdarlıq etdilər.