"Öyrənməyi öyrənmək" layihəsində iştirak edən müəllimələr

Azərbaycan Müəllim İnkişafı Mərkəzi və Avropa Azərbaycan Cəmiyyətinin birgə həyata keçirdiyi "Öyrənməyi öyrənmək" layihəsi çərçivəsində Bakıda II Beynəlxalq Təlim Konfransı işini müvəffəqiyyətlə başa vurdu. Bu konfransda məktəbimizin ingilis dili müəllimələri Könül Yaqubova və Nərmin Yusifova da fəal iştiraklarına görə sertifikata layiq görüldülər. Müəllimələrimizi məktəb kollektivi adından təbrik edirik.