Məktəb kitabxanasına ekskursiya

27 noyabr tarixində ‘’Kitabxanalar insanlığın tək etibarlı və qalıcı olan yaddaşıdır’’ mövzusunda 3’’C‘’ Sağlam təhsil sinfinin məktəb kitabxanasına ekskursiyası təşkil olundu.
Şagirdlər kitabxana və yeni kitablarla tanış oldular. Sonra şagirdlərə kitabxanaya üzv olmaq və kitablardan istifadə qaydaları haqqında məlumat verildi. Ekskursiya şagirdlərin marağına səbəb oldu.