Monitorinq keçirildi

25 noyabr Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi tərəfindən Bakı şəhəri ümumtəhsil məktəblərində IX sinif şagirdləri üçün ana dili və riyaziyyat fənlərindən monitorinq həyata keçirildi. Monitorinqin keçirilməsində əsas məqsəd fənlər üzrə mənimsəmə səviyyəsini öyrənmək idi. Şagirdlərə cavab kartlarının doldurulması qaydaları əvvəlcədən öyrədilmişdi. Eyni zamanda şagirdlərin psixoloji cəhətdən monitorinqə hazırlıqlı olması məqsədi ilə onlarla məktəb rəhbərliyi, fənn müəllimləri və sinif rəhbərləri tərəfindən söhbətlər aparılmışdır.