Şagirdlərimiz “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” adlı tədbirdə iştirak etdilər

“İslam həmrəyliyi ili” çərçivəsində Nəsimi rayonunda rayon ictimaiyəti nümayəndələrinin, qeyri hökümət təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət işçilərinin, rayon ərazisindəki dini icma rəhbərlərinin və İslam ölkələrinin səfirliklərinin nümayəndələrinin iştirakı ilə “İslam Həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbimizin 9-cu sinif şagirdləri Məmmədova Əminə və Cəfərov Rusal da iştirak etdilər.