1c ‘’Sağlam Təhsil’’ sinfində 18 Oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günü qeyd edilib
Bu gün oktyabrın 18-i Azərbaycan tarixində önəmli günlərdən biri-Dövlət Müstəqilliyi Günüdür.Azərbaycanın müstəqilliyinin bərpası hər il dövlət səviyyəsində təntənəli surətdə qeyd olunur. Təhsil müəssisələrində Müstəqilliyimizə həsr olunan ədəbi-bədii tədbirlər təşkil olunur.Belə bir tədbir 240 nömrəli tam orta məktəbin 1c ‘’Sağlam Təhsil’’ sinfində təşkil edildi . İlk dərs saatını Müstəqillik gününə həsr edən sinif müəllimi bu günün mahiyyəti və önəmi haqqında şagirdlərə məlumat verib.