Məktəbimizin ibtidai sinif müəllimi Pəri Qasımova "Açıq dərs" verilişində qonaq qismində iştirak etdi

Məktəbimizin ibtidai sinif müəllimi Pəri Qasımova 27.09.2017-ci il tarixində İctimai Televiziyanın efirində yayımlanan "Açıq dərs"verilişində qonaq qismində iştirak edərək ötən tədris ilində məktəbimizdə fəaliyyət göstərən Məktəbəhazırlıq qrupları,məşğələlərin gedişi,müddəti haqqında məlumat verdi.Eyni zamanda uşaqların məktəbə,müəllimə,mühitə adaptasiyası ,eləcə də onların əqli,fiziki,sosial-emosional,nitq qabiliyyətlərinin və digər bacarıqların aşılanması və onlara nail olmalarının əhəmiyyəti haqqında aparıcının suallarını cavablandırıb.