''Bilik günü'' tədbiri keçirildi

15 sentyabr Bilik günü respublikamızın bütün təhsil ocaqlarında olduğu kimi 240 nömrəli tam orta məktəbdə də böyük təntənə ilə qeyd edildi. Tədbiri məktəbin direktoru Esmira Memmedova açıq elan edərək bildirdi ki, Bilik gününün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Bu gün insanları xəyallarına, arzularına qovuşmasına zəmin yaradan həyat yolunun başlanğıcıdır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkəmizin gələcəyi naminə qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan hörmətdir.Bu gün övladlarımıza Azərbaycanda yaşamaq xoşbəxtliyi nəsib olub.Eyni zamanda Esmira Memmedova bildirdi ki,Təhsil Naziri cənab Mikayıl Cabbarovun müvafiq sərəncamı ilə bu gün təhsil ocaqlarında ilk dərslər “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr ediləcək.Sonra tədbirdə qonaq qismində iştirak edən Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi və birincilerin valideynleri ürək sözlərini bildirərək şagirdlərə yeni tədris ilində uğurlar arzu etdilər. Bayram şənliyi birincilərin ifasında mahnılarla davam etdi.