Pedaqoji fəaliyyətlərini yekunlaşdıraraq təqaüdə çıxan müəllimlərlə bağlı tədbir keçirildi

Məktəbimizdə 65 yaşı tamam olan, pedaqoji fəaliyyətlərini yekunlaşdıraraq təqaüdə çıxan müəllimlərlə bağlı tədbir keçirildi. Tədbirdə ömrünün çox hissəsini gənc nəslin təlim-tərbiyəsinə sərf edən Azərbaycan dili və ədəbiyyat müəllimi Ağayeva Nazilə, kimya müəllimləri Şirinova Validə və Axundova Yaqut, ingilis dili müəllimi Babayeva Səmayə və biologiya müəllimi Abdullayeva Mərziyə Fəxri fərmanla təltif olundular.Məktəbin direktoru Esmira Məmmədova iş fəaliyyətlərini başa çatdıran müəllimlərə xoş sözlərini bildirdi, onlara sağlam həyat keçirmələrini arzuladı. Təqaüdə gedən müəllimlər kollektivə uğurlar arzuladılar. Daim xoş xatirələrlə məktəbi xatırlayacaqlarını bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi