Son zəng tədbiri keçirildi

14 iyun 2017 – ci il tarixində 240№ - li tam orta məktəbdə “Son zəng” tədbiri keçirildi.Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və birinci müavin Gülarə Vedriyeva fəxri qonaq kimi tədbirimizdə iştirak edirdilər.Tədbiri giriş sözü olaraq məktəbin direktoru Esmira Məmmədova açdı. 2016 – 2017 – ci tədris ilində məktəbin Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən müsabiqə və layihələrdə iştirakı, təhsildə baş verən yeniliklərdən danışdı. Daha sonra rayon içra başçısı Asif Əsgərov çıxış edərək məzunlara və kollektivə xoş arzularını bildirdi. Şagirdlər hazırladıqları maraqlı proqramlarla qonaqlar və valideynlər qarşısında çıxış etdilər, öz doğma məktəblərinə, müəllimlərinə ürək sözlərini, təşəkkürlərini bildirdilər. Tədbirin sonunda cari tədris ili ərzində nailiyyətlər əldə etmiş məktəbin müəllim və şagirdləri diplom və hədiyyələrlə təltif edildi.