BALACA RƏSSAM MƏRYƏMİN SƏRGİSİ KEÇİRİLDİ

Məktəbimizin “Sağlam təhsil”2 c sinfində təhsil alan Məmmədli Məryəm Fərhad qızının fərdi sərgisi təşkil olunub .2C sinif şagirdi MƏRYƏM MƏMMƏDLİ məktəbin əlaçı və nümunəvi şagirdlərindən biridir. O, rəsm sənətinin vurğunudur.Gözəl rəsmləri ilə hamını valeh edir. Məktəbin foyesində Məryəmin çəkdiyi rəsmlərdən ibarət sərgi təşkil olundu. Bu sərgi müəllimlərin və şagirdlərin böyük marağına səbəb oldu.Balaca rəssamın sərgisində məktəbimizin direktoru Esmira Məmmədova həm məktəb müdiri kimi, həm də balaca rəssamin nənəsi kimi çıxış edərək öz ürək sözlərini söylədi.Biz də balaca rəssamımıza bundan sonra da dərslərində və işlərində uğurlar arzulayır və ümid edirik ki, onun rəsmləri gələcəkdə ölkəmizin rəsm galereyalarinda nümayiş etdiriləcək.