1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib

240 №li tam orta məktəbdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib Məktəbin Fəaliyyət Planının 1.3.28-ci bəndinə uyğun olaraq uşaq hüquqlarının təbliği məqsədi ilə iyunun 1-də məktəbimizdə 1 İyun – Uşaqların müdafiəsi gününə həsr olunmuş ədəbi-bədii kompozisiya hazırlamışdılar. Balaca fidanlar öz maraqlı çıxışları ilə həmyaşıdlarına gözəl bayram hədiyyəsi vermiş oldular.Uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqların Beynəlxalq Müdafiə Günü on illərdir bütün dünyada keçirilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.Bu münasibətlə bütün dünya uşaqlarını təbrik edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi