Ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

Mayın 5-də 240 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Bu tədbirdə məktəbin rus bölməsinin şagirdləri iştirak etdilər. Şagirdlər tədbirdə şeirlər, mahnılar və rəqs nömrələri nümayiş etdirdilər. Tədbir müdiriyyət, müəllim kollektivi və şagirdlər tərəfindən yüksək maraqla qarşılandı.