Heydər Əliyev Mərkəzində ''Oxu Günü-3'' adlı respublika səviyəli tədbir keçirildi

Bu gün 29.04.2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində ''Oxu Günü-3'' adlı respublika səviyəli tədbir keçirildi. Respublikanın 60-a yaxın məktəbinin dəvət olunduğu bu tədbirdə 240 nömrəli tam orta məktəbidə yer almışdı. Tədbirin baş tutduğu məkan Azərbaycan və Dünya ədəbiyyatı incilərinə aid nümunələrlə dekorasiya edilmişdi. Məktəbin 8,10,11-ci sinif şagirdləri M.Müşfiqin ''Yenə o bağ olaydı'' şeri və C.Cabbarlının ''Sevil'' pyesindən hazırladıqları kompozisiya ilə tədbirə qoşuldular.