240 saylı tam orta məktəbin 10B sinif şagirdi Paşayeva Nurlana və 11 "B" sinif şagirdi Qarayev Çingiz ''Uşaq hüquqları: öyrənək və öyrədək'' təlimində fəal iştirak etmişdilər. "Dəyirmi masa" arxasında müzakirə edilən məsələlərdə aktiv iştirak etdikləri üçün şagirdlərimiz sertifikatla təltif olunmuşlar. Şagirdlərimizə gələcək həyatlarında və təhsillərində uğurlar arzulayırıq. Onların uğurları məktəbimizin və təhsilimizin gələcəyidir.