Məktəbimizin ibtidai sinif müəllimləri sertifikatlarla təltif olunub

Məktəbin ibtidai sinif müəllimləri XXI ƏSR Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində keçirilən “XXI-ci əsrdə tədris: inteqrasiya, innovasiya və motivasiya” konfransında iştirak etdilər. Konfransın məqsədi ölkəmizdə və onun hüdudlarından kənarda olan təhsil müəsissələri arasında körpülər qurmağa, bilik və təcrübələri bölüşməyə, tədris üsullarının inkişafına və gücləndirilməsinə yönəlmişdir. Konfrans rəsmi olaraq üç dildə: Azərbaycan, rus və ingilis dillərində aparılırdı. Xarici dillərin öyrənilməsində müasir tendensiyaları nəzərə alaraq, konfransda hər hansı bir dilin ikinci dil kimi öyrənilməsi (və digər bölmələrdə Azərbaycan dilinin tədrisi) məsələlərinə diqqət ayrılmışdı. İkinci dil olaraq buraya rus, ingilis, fransız, alman, italyan, ispan və digər dillər aid . Konfransın sonunda müəllimlərimiz sertifikatlarla təltif olunmuşlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi