Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” aylığı keçirilir

2016-2017-ci tədris ilinin yanvar ayından etibarən “Ekoloji aylıqlar” layihəsinə start verilmişdir. Tədris ilinin aprel ayı "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" aylığı olaraq müəyyənləşdirilmişdir. Aprel ayının tədbirlər planına uyğun olaraq, məktəbdə bu mövzuda araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır. Aprelin 11-də məktəbimizin ibtidai sinif şagirdləri layihə ilə bağlı divar qəzetləri hazırlamışlar. Qəzetdəki məlumat ve bölmələr üzrə fikirlər sinif rəhbəri Mehriban Qulamova, Gülşən Hacıyeva ve direktor müavini Vəfa Hesenova tərəfindən dinlənilmiş və münasibət bildirilmişdir.