01-05 aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin anım günü keçirildi

04.04.2017-ci il tarixində məktəbin 4c sinif şagirdləri ‘’Şəhidlər Muzeyində’’ oldular. Muzeydə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin döyüş zamanı göstərdikləri şücayət və yaşadıqları qısa ömür yolu ilə tanış oldular. Qazandıqları məlumatlarla bildiklərini genişləndirən şagirdlərimiz daha böyük ruh yüksəkliyi və vətənpərvərlik hissi ilə 05.04.2017-ci il tarixində məktəbimizin akt zalında keçirilən tədbirdə bunu bir daha öz çıxışlarında dəvət olunmuş qonaqlar və məktəb kollektivi qarşısında nümayiş etdirdilər. Yaşlarının kiçik olmasına baxmayaraq Vətənə olan sevgilərini, düşmənə bəslədikləri nifrət hissini öz çıxışları ilə tədbir iştirakçılarına çatdırdılar. Tədbirdə qonaq qismində iştirak etmiş ‘’General Əlibəy’’ ləqəbi ilə tanınan ‘’Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma’’ ictimai birliyinin təsisçisi və sədri Qasımov Əlövsət Zöhrab oğlu, Moskva şəhərində yaşayan həmyerlimiz Diaspor nümayəndəsi İntiqam Zeynalov, şəhid bacısı, ibtidai sinif müəllimi Lüminə Əmrəliyeva, Qarabağ döyüşlərində iştirak etmiş sabiq polis əməkdaşı Hüseyn Ələsgəroğlu, Zəngilan rayonunun sabiq icra başçısı Ələkbər Həşimov, muğam ustadı Araz Qarayev şagirdlərin çıxışları ilə bağlı öz fikirlərini, bu kiçik vətənpərvərlərlə fəxr etdiklərini bildirdilər.‘’Vətənpərvər övladları olan torpaq heç vaxt basılmaz’’.