İbtidai siniflərdə məktəb rəhbərliyi tərəfindən şagirdlərin oxu , yazı bacarıqları və dil qaydaları üzrə bilikleri yoxlanılır

240 №li məktəbdə ana dili və ədəbiyyat aylığı çərçivəsində İbtidai siniflərdə məktəb rəhbərliyi tərəfindən şagirdlərin oxu , yazı bacarıqları və dil qaydalarını üzrə bilikleri yoxlanılır.1-ci siniflərdə oxu bacarıqları,2-ci sinflərdə imla,3-cü və 4-cü siniflərdə isə şagirdlərin inşa yazmaq bacarıqları yoxlanılıb Qeyd etdiyimiz kimi məktəbimizdə bu ay ana dili və ədəbiyyat aylığı keçirilir. Aylığın tədbirlər planı çərçivəsində və məktəbin illik Fəaliyyət Planının 1.1.2.7-cİ bəndinə müvafiq olaraq şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu bacarıqlarının öyrənilməsi və qiymətləndirilməsi və 1.1.2.6-cı bəndinə müvafiq olaraq şagirdlərdə yazı mədəniyyəti, dil qaydalarına riayət etmə səviyyəsinin formalaşdırılması vəziyyətinin öyrənilməsi məqsədilə bu həftə de siniflərdə şagirdlərin oxu və yazı bacarığı və sürəti yoxlanılacaq.