240№li məktəbdə 2-ci Çərşənbə iməciliyi keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Çərşənbə iməciliyi"layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycanın adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından ibarətdir.Bu günkü iməcilikdə məktəbimizin müəllim, şagird və valideyn kollektivinin iştirakı ilə məktəbyanı sahələr təmizlənib, ağacların dibi bellənib, ağac və gül-çiçək kolları əkilib, abadlıq işləri görülüb. Habelə şagirdlərə ikinci çərşənbə olan od çərşənbəsi-üsgü çərşənbənin mahiyyəti, adətləri barədə geniş məlumat verilib.