Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş ’’Xocalım, ay Xocalım’’ adlı tədbir keçirildi

23.02.2017-ci il tarixdə Bakı şəhər 240 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilmiş ’’Xocalım, ay Xocalım’’ adlı tədbir keçirildi.Tədbirdə Xocalı hadisələri haqqında məlumat verildi. Həmin hadisələri, erməni daşnaklarının törətdikləri vəhşilikləri əks etdirən rəsm sərgisi və video-rolik nümayiş etdirildi. Şagirdlər Xocalı faciəsinə aid şeirlər və mahnılar ifa etdilər.