Yuxarı sinif şagirdləri fənn olimpiadasında qalib oldular

15 yanvar 2017- ci il tarixində Bakı şəhərində rayon (şəhər) turu üzrə keçirilən fənn olimpiadasında Nəsimi rayonu 240 nömrəli məktəbin yuxarı sinif şagirdləri də iştirak etmişlər. Şagirdlərimizdən 10 nəfər müxtəlif fənlərdən (Azərbaycan dili, riyaziyyat, tarix, coğrafiya, biologiya fənlərindən) yüksək bal toplayaraq qalib olmuşlar. XI sinif şagirdlərindən Qarayev Çingiz, Məmmədova Nazlı, Şükürov Elmir, Böyükkişiyeva Mələk, Mehdiyeva Güldəstə, Hacılı Kənan, IX sinif şagirdlərindən Əlizadə Lamiyə, İbrahimli Zamirə, Quliyeva Cavahir, Mirzəzadə Fidan olimpiadada yüksək bal toplayaraq növbəti turda iştirak etmək hüququ qazanmışlar.Şagirdlərimizə növbəti turda uğurlar arzulayırıq.