240 nömrəli məktəbin direktoru təltif olundu

02.02.2017-ci il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında 2016-cı ildə rayonun sosial-iqtisadi inkişafına yekun vuruldu, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin illik iclasında və rejional inkişafa dair konfransda qarşıya qoyduğu vəzifələr müzakirə olundu, yeni ilin başlıca hədəflərini əhatə edən qərar qəbul edildi.Toplantını giriş sözü ilə açan Nəsimi Rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, keçən il respublikamızda olduğu kimi, Bakının Nəsimi rayonunda da davamlı sosial-iqtisadi inkişaf təmin edilib, bir sıra layihələr uğurla həyata keçirilib.Yığıncaq iştirakçılarına rayonda son bir ildə baş verən yenilikləri və ümumi irəliləyişi əks etdirən videohesabat təqdim olunandan sonra Nəsimi RİH-in başçısı Asif Əsgərov 2016-cı ildə sosial-iqtisadi inkişafının əsas göstəricilərini şərh etdi, ölkə başçısının paytaxtın və onun rayonlarının hərtərəfli inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin növbəti hədəfləri barədə məlumat verdi.Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin işi, qayğıları da daim diqqət mərkəzində olub, bu sahələrin fəaliyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tarixi günlər və yubileylərlə bağlı kütləvi tədbirlər keçirib, ümumxalq bayramları, ayrı-ayrı peşə günləri təntənə ilə qeyd olunub, müxtəlif sahələrdə fərqlənənlərə fəxri diplomlar təqdim edilibYekun hesabatda 2016-cı il ərzində görülən işlərdən bəhs edən film nümayış olunmuşdur. Həmçinin tədbir iştirakçılarına nəfs şəkildə tərtib olunmuş Nəsimi rayonu jurnalı təqdim edilmişdir.Sonda ilin yubilyarlarına və idman qaliblərinə Nəsimi RİH-in xatirə hədiyyələri təqdim edilibBu günkü tədbirdə Nəsimi rayonu 240№li tam orta məktəbin direktoru Esmira Əşrəf qızı Məmmədova da təltif olunub.Bu münasibətlə məktəbimizin müəllim,şagird və valideyn kontingenti adından məktəbimizin direktorunu səmimi qəlbdən təbrik edirik Allahdan can sağlığı,xoş günlər ,çətin və şərəfli işində müvəfəqiyyətlər,nailiyyətlər arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi