"20 Yanvar-tariximizin qəhrəmanlıq səhifəsi" adlı tədbir keçirildi

Bakı şəhəri Nəsimi rayonu 240 nömrəli tam orta məktəbdə 19.01.2017-ci il tarixində "20 Yanvar-tariximizin qəhrəmanlıq səhifəsi" adlı tədbir keçirildi.20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir iştirakçıları 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, musiqi nömrələri, əbədi-bədii kompozisiya təqdim etdilər.Məktəbin direktoru Esmira Məmmədova çıxış edərək bildirdi ki, hər il respublikamızda 20 Yanvar faciəsi ümum xalq hüzn günü kimi qeyd edilir.1990- cı ilin 20 Yanvarı Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığı, şərəf və ləyaqəti uğrunda canlarından keçən mərd vətən övladları şəhidlik zirvəsinə ucaldılar. Xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq , xalqımız o müdhiş gecəni daim xatırlayir, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Tarixin bu qara səhifəsi xalqımızın qan yaddaşında əbədi olaraq yaşayacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi