Birincilər Şəhidlər Xiyabanını yad etdilər

Məktəbimizin ibtidai sinif müəllimi Nailə Namazova 1-ci sinif şadirdləri ilə Şəhidlər Xiyabanında şəhidləri yad edirlər.1990-cı ilin 20 Yanvar hadisələrindən 27 il ötür. Vaxt keçdikcə, Qanlı Yanvar hadisələrinin səbəbləri, bu hadisələrin günahkarları, onlara yardım edənlər, verilmiş yanlış qərarlar və onların törətdikləri ağır fəsadlar, üzləşdiyi bütün haqsızlıqlara və ədalətsizliklərə baxmayaraq, Azərbaycan xalqının göstərdiyi böyük qəhrəmanlıqlar haqqında dolğun və əhatəli fikir yürütmək daha asan olur. Ona görə də, 27 il sonra qanlı 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində yenidən bu hadisələri təhlil etmək, onu düzgün qiymətləndirməklə, həm xalqımızın tarixində çox mühüm əhəmiyyəti olan bu məşəqqətli olaylara yenidən nəzər salırıq, həm də bu qəhrəmanlıq salnaməsinin müəlliflərini - şəhidlərimizin xatirəsini yad edirik. Məhz bu məqsədlə yanvarın 15-dən Bakı şəhəri 240№li tam orta məktəbdə ibtidai və yuxarı sinif şagirdləri arasında 20 yanvar faciəsinə həsr olunmuş rəsm,şeir, inşa yazı müsabiqəsi keçirilməyə başlanılıb. Şəhidlərin əziz xatirəsini hər zaman böyük ehtiramla yad edəcəyik.