''Biz insanları və insanlığı sevirik'' mövzusunda tədbir keçirildi

26 dekabr 2016-cı il tarixində məktəbin 4c sinif şagirdlərinin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram tədbiri keçirildi. Məktəbin akt zalı şagirdlərin ixtiyarına verilmişdir. Onlar öz maraqlı, əyləncəli çıxışları ilə həm özləri şənlənmiş, həm də tamaşaçılara sevinc bəxş etmişdilər. Balacaların çıxışları qeyri-ənənəvi olması ilə diqqəti cəlb etdi. Belə ki, müxtəlif dillərdə səslənən musiqilər və rəqslər azərbaycanlıların vətəni olan ölkəmizdə tolerantlığa və multikultirializmə bir daha önəm verildiyini bir daha subut etdi. Tədbirdə məktəblilərin əl işlərindən ibarət sərgi nümayiş etdirildi, iştirakçılara şəhadətnamələr paylanıldı. Tədbir müxtəlif millətlərin ölkəmizdə dinc,firavan yaşayışını nümayiş etdirən kompozisiya ilə sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi