İsmayılın rəsm sərgisi nümayiş olundu

Məktəbimizdə istedadlı üşaqlar çoxdur. Onlar boş vaxtlarında idmanla məşğul olur, müxtəlif dərnəklərdə öz bacarıqlarını inkişaf etdirirlər. Onlardan biri də məktəbimizin 6-cı sinif şagirdi Nağıyev İsmayıldır. Balaca yaşlarından rəsm çəkməyə marağı olan İsmayıl məktəbə getdikdən sonra daha gözəl şəkillər çəkməyə başlayıb. Bu günlərdə məktəbimizin foyesində İsmayılın çəkdiyi rəsmlərin sərgisi təşkil olundu. Məktəb yoldaşları, müəllimlər onun müxtəlif mövzularda çəkdiyi şəkillərlə tanış oldular. Rəsm müəlliməsi Təranə müəllimə istedadlı şagirdindən fəxrlə danışdı və gələcəkdə ona uğurlar arzuladı.