Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi

Dekabrın 12-də Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova açaraq dekabrın 12-nin xalqımızın ümummilli lideri, Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu öndər Heydər Əliyevin anım günü olduğunu və Ulu öndərin əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını vurğuladı.Şagirdlər Ulu öndər Heydər Əliyevə, vətənə, bayrağa həsr olunmuş şeirlər, mahnılar səsləndirdilər. Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video çarx nümayiş olundu.