9 noyabr - Dövlət Bayrağı Günü

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin noyabr ayından hər il 9 noyabr – Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu münasibətlə noyabrın 8-də Bakı şəhəri Nəsimi rayonu 240 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Tədbirdə məktəbin direktoru, müəllim və şagird kollektivi iştirak etdi. Tədbir dövlət himnimizin oxunması ilə başladı. Məktəbin direktoru Esmira Məmmədova kollektivi bayram münasibətilə təbrik etdi. Müstəqil dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi üçün dövlət rəmzlərinin, xüsusilə də üçrəngli bayrağımızın əhəmiyyətini vurğuladı. Sonra məktəbin tarix müəllimi Mənsur Vəliyev çıxış etdi. O, bayrağımızın yaranması, “Bayraq Günü” nün təsis edilməsi, Bayraq meydanının yaradılması tarixi haqqında geniş məruzə ilə çıxış etdi. Tədbir şagirdlərin ifasında şeirlər və musiqi nömrələri ilə davam etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi