Hüquq və vəzifələrimizi öyrənək!

11.11.2016-cı il tarixində məktəbimizin akt zalında “Uşaq hüquqları” aylığı çərçivəsində tədbir keçirildi. Tədbirdə məktəbin müəllimləri və şagirdləri iştrak etdilər. Giriş sözü ilə təbdiri açan tarix müəllimi M. Vəliyev 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul olunmuş Uşaq Hüquqları Konvensiyası haqqında geniş məlumat verdi. Məktəbin həkimi U. Osmanova və psixoloq N.Mehdiyeva da tədbirdə çıxış etdilər. Tədbirdə şagirdlərin ifasında səslənən mahnılar, şeirlər tədbir iştrakçıları tərəfindən alqışlarla qarşılandı. Tədbirin sonunda məktəbin 9-cu sinif şagirdlərinin “Uşaq hüquqları” mövzusunda hazırladıqları təqdimat nümayiş olundu.