Konstitusiya günü ilə əlaqədar tədbir keçirildi

Məktəbimizdə "Azərbaycan Respublikası konstitusiya günü" ilə əlaqədar silsilə tədbirlər keçirildi. 11 noyabr tarixində ilk dərslər bu tarixi günə həsr olundu. Akt zalında keçirilən tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak etdi. Tədbirdə məktəbin tarix müəllimləri V.Qasımova, S.Yusifova, M.Əhmədova çıxış edərək, Azərbaycan Konstitusiyasının yaranma tarixi, dövlətimizin inkişafındakı rolu haqqında geniş məlumat verdilər.