Şagirdimizin hekayəsi çap olundu

Qurbanova Qənirə məktəbimizin 6a sinfində təhsil alır. O, dərs əlaçısıdır. Qənirə dərslərini yaxşı oxumaqla bərabər, həm də xüsusi istedadı ilə bəzi yaşıdlarından seçilir. Oxuduqlarına, eşitdiklərinə və ətrafında baş verənlərə fərqli münasibət bildirir. Onlardan bəziləri balaca məktəblinin qələmində bədii nümunələrin mövzusuna çevrilir. Bu günlərdə onun “Türk dünyası ağsaqqalları” adlı qəzetdə dərc olunan “Nisyə dəftəri” hekayəsi bunun parlaq nümunəsidir. Bu, Qənirənin mətbuatda çap olunan ilk yazısıdır. Sinif yoldaşlarının və müəllimlərinin sevimlisi olan Qənirəni təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi