“18 Oktyabr Müstəqillik Günü”nün 25 illiyinə həsr olunmuş tədbir keçirildi

14.10.2016-cı il tarixdə Bakı şəhəri 240№li tam orta məktəbin akt zalında Müstəqilliyimizin 25 illiyinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə məktəbin direktoru Esmira Məmmədova və müəllim, şagird kollektivi, valideynlər iştirak etdilər. Tədbir açıq elan edildikdən sonra dövlət himnimiz səsləndi. Sonra məktəbin direktoru Esmira Məmmədova öz çıxışında qeyd etdi ki, 18 Oktyabr xalqımızın ictimai –siyasi həyatında tarixi əhəmiyyətli böyük bir hadisədir. Həmin gün Azərbaycan xalqı XX əsrin sonunda ikinci dəfə öz dövlət müstəqilliyini əldə etmək imkanı qazanmışdır.Hər il bu tarixi gün ölkəmizdə böyük qüruru və təntənə ilə qeyd edilir. Azərbaycan 1991-ci ilin oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında konstitusiya aktını qəbul etmişdir. Parlament böyük səs çoxluğu ilə Azərbaycanın müstəqil dövlət olduğunu qəbul etdi. Xalqımızın taleyüklü arzusu gerçəkləşdi.H.Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan xalqını təhlükələrdən ,bəlalardan xilas etdi.İndi Azərbaycan Respublikası XXI əsrin dünyaya yeni göz açmış sağlam övlad kimi yaşamaqda rahat ,təhlükəsiz nəfəs almaqdadır. Çünki millətin ,xalqın qayğılarını ,ağrılarını olduğu kimi bilən, hiss edən və çiyinlərində aparmağı bacaran, Heydər Əliyev siyasi kursunun davamçısı ,varisi olan İlham Əliyev kimi prezidenti var.Bu çıxışdan sonra aparıcılar 18 Oktyabr –Müstəqillik gününün şanlı ,tarixi keçmişindən, Ulu Öndərimiz Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqil dövlət kimi tanınması haqqında çıxışlar etdilər.Şagirdlər müstəqilliyimizə həsr olunmuş bir-birindən maraqlı şeirlər, rəngarəng musiqi nömrələri ilə zaldakıları heyran etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi