Lanara yenə uğur qazandı

Məktəbimizin 6-cı sinif şagirdi, idmanın taekvando növü ilə məşğul olan Lanara Məhərrəmova daha bir uğura imza atıb. O, 1-2 oktyabr tarixlərində Qubada keçirilən taekvando üzrə yeniyetmələr arasında "Koreya səfiri kuboku" yarışında öz çəki dərəcəsində II yeri tutub. Şagirdimizlə fəxr edir və uğurlarının davamını arzu edirik.