Məktəbli idmançı daha bir uğur qazandı

Erməni idmançısı layiqli "dərsini" növbəti dəfə Yusifov Vüsaldan aldı. Gücümüzü, qüdrətimizi, nəyə qadir olduğumuzu bir daha Vüsal xatırlatdı bu millətə. Səninlə fəxr edirik, Vüsal!Vüsal məktəbimizin 8-ci sinif şagirdidir. İdmanın boks növü ilə məşğul olur. Dəfələrlə müxtəlif turnirlərdə uğurla yarışan Vüsal peşəkar idmançı olmağı arzu edir. İlk dəfə 3 il əvvəl "Rabitə" idman klubuna məhz bu arzularla gəlmişdir Vüsal. Ciddi, fasiləsiz məşqlər bu arzuları gerçəkləşdirdi. Krasnodar şəhərində keçirilən yarışda erməni idmançısını məğlub edib I yeri qazanan Vüsalla bu gün nəinki məktəbimiz, bütün Azərbaycan fəxr edir. Vüsalı təbrik edir, "Belə uğurların çox olsun, Vüsal!", deyirik.