Məzunlarımız üçün "Son zəng" tədbiri keçirildi

14 iyul 2016-cı il tarixində məktəbimiz 11-ciləri həyatın yeni mərhələsinə uğurladı. Onların şərəfinə hazırlanmış “Son zəng” tədbirində həm sevinc, həm də kədər dolu anlar yaşandı. 11 il əvvəl kövrək addımlarla qədəm qoyduqları məktəbi bu gün bir şəxsiyyət kimi tərk edən 11-ciləri uğurlamaq üçün məktəbimizdə gözəl tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər, həmçinin Nəsimi rayon İcra hakimiyyətinin və Bakı şəhər Təhsil İdarəsinin məsul şəxsləri qonaq qismində iştirak etdilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru E. Məmmədova açdı. O, bu əlamətdar gün münasibətilə məzunları, onların valideynlərini məktəbin kollektivi adından təbrik etdi, onlara gələcək həyatlarında uğurlar və hər zaman vətənə, xalqa layiqli vətəndaş olmalarını arzuladı. Sonra söz qonaqlara verildi. Onlar da məzunları təbrik etdilər. Birincilər də məzunları öz şeirləri ilə təbrik etdilər. “Son zəng” tədbirini məzunların maraqlı çıxışları bəzədi. Onlar gözəl rəqs nömrələri, bədii kompozisiyalarla çıxış edərək hamının zövünü oxşadılar. Tədbir iştirakçıları onların çıxışlaırnı alqışlarla qarşıladılar. Tədbir 11-cilər üçün son dəfə səslənən son zəngin sədaları altında başa çatdı.Biz də məzunlarımızı təbrik edir, onlara hər zaman məktəbimizin adını uca tutmağı və tələbə adını qazanmağı arzu edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi