"Azərbaycana yaz gəlib" mövzusunda rəsm müsabiqəsi

Məktəbimizdə17.03.2016 tarixində "Azərbaycana yaz gəlib" mövzusunda rəsm müsabiqəsi keçirildi.Müsabiqədə I-IV siniflər üzrə 140 şagird iştirak edirdi.Sərgidə I,II,III yer və naminasiyalar üzrə şagirdlərin "ən yaxşı portret","ən yaxşı mənzərə","ən yaxşı kompozisiya","ən yaxsı rəng seçimi ",ən şən rəsm","ən vətənpərvər rəsm","ən sakit rəsm"adlı rəsmləri nümayiş etdirildi.10.06.2016 tarixində keçirilən tədbirdə məktəbin direktoru E.Məmmədova və fəxri qonaqlarımız: Xanlar Əhmədov Azərbaycan xalq rəssamı,heykəltaraş ADM və İncəsənət universitetinin təsviri sənət kafedrasının müdiri,Ziyadxan Əliyev Azərbaycanın əməkdar incəsənət xadimi,Siruz Mirzəzadə Azərbaycanın əməkdar rəssamı ADR akademiyasının rəsm kafedrasının müdiri,professor,Eldar Qurbanov Azərbaycanın əməkdar rəssamı,"Yeni Era" Dünya Rəssamlıq Akademiyasının üzvi iştirak edirdi.Məktəb rəhbərliyi və fəxri qonaqlarımız sərgilənən əsərlərə yüksək münasibətlərini bildirdilər, gənc rəssamlara öz tövsiyələrini verdilər və bu yolda onlara uğurlar arzuladılar.Tədbirin sonunda iştirakçılar diplomlarla mükafatlandırıldılar.